Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına böyük dəstək göstərir | Banco.az

Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına böyük dəstək göstərir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Regionlarda investisiya imkanları genişləndirilir. Bir çox ölkədə, MDB-də və hal-hazırda Azərbaycanda fəaliyyət göstərən Masdar şirkəti bu yaxınlarda 140 GVt külək enerjisi stansiyasının təməlini atıb.

Banco.az xəbər verir ki, bunu Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov  “Caspian Energy Forum”da deyib.

Ən sərfəli kredit üçün müraciət et

Murad Sadıqov qeyd edib ki, Azərbaycanda hazırda dövlət təminatı olmadan  layihələr icra olunur. “Azərbaycan xarici investorlara investisiya mühitinin yaxşılaşdırılması üçün imkanlar yaradır. Xüsusən  bərpa olunan enerji mənbələri üzrə ilk gündən böyük dəstək verilib. Azərbaycan müasir qanunvericilik qaydalarına əsasən iş mühitinin qurulmasına şərait yaradan dövlətlərdəndir.

230 MVt gücündə "Qaradağ Günəş Elektrik Stansiyası  regionda ən böyük günəş elektrik stansiyasıdır. Hazırda Masdar-ın  milyarddan artıq sərmayə tələb edən layihələrdə partnyorları var. Bu da bu sahənin inkişafına diqqətin bariz nümunəsidir”.

 

Ən sərfəli krediti almaq üçün müraciət et