Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Çindən idxal edilən elektriklə işləyən avtomobillərə tətbiq etməyi planlaşdırdığı əlavə gömrük rüsumlarını azaltmağa hazırlaşır.
Banco.az xəbər verir ki, Aİ Komissiyası Çində istehsal olunan elektrik avtomobillərinə verilən subsidiyalar səbəbindən tətbiq etməyi planlaşdırdığı əlavə gömrük vergisi dərəcələrində bəzi dəyişikliklər edəcək.
Bu çərçivədə ilkin olaraq 20,8 faiz müəyyən edilən, daha sonra 9 faizə endirilən Çində istehsal edilən “Tesla” modellərinə tətbiq olunacaq gömrük rüsumu 7,8 faizə qədər azaldılacaq.
“Geely” üçün daha əvvəl 19,3 faiz olaraq müəyyən edilən əlavə vergi dərəcəsi 18,8 faizə enəcək.
“SAIC” və digər əməkdaşlıq etməyən şirkətlər üçün əlavə gömrük rüsumu isə 36,3 faizlə müqayisədə 35,3 faiz təşkil edəcək.
“BYD”yə tətbiq edilməsi planlaşdırılan gömrük rüsumu daha əvvəl açıqlanan 17 faiz səviyyəsində saxlanılacaq.
Xatırladaq ki, Aİ Komissiyası iyulun 5-də Çində istehsal olunan elektrik avtomobillərinin İttifaqa üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq etməyə başlayacağını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!