Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ banklarının bu ilin ikinci rübündə ümumi xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 71,5 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumatında deyilir.
Hesablamalarda ölkədə sığorta sistemində iştirak edən və hesabat dərc edən 4,539 min kommersiya bankı və əmanət təşkilatının məlumatları nəzərə alınıb.
Onların aprel-iyun aylarında mənfəəti cari ilin birinci rübü ilə müqayisədə 11,4 %, o cümlədən qeyri-faiz xərclərinin 2,4 % azalması, qeyri-faiz gəlirlərinin isə 1,5 % artması hesabına artıb.
Son 12 ayda bankların balansında olan kreditlərin ümumi həcmi 244,5 milyard dollar (2%) artıb. Ümumi depozitlər birinci və ikinci rüblər arasında 197,7 milyard dollar (1,1%) azalıb.
İyunun sonunda ABŞ-da problemli bankların sayı 66 olub ki, bu da son altı ilin ən yüksək göstəricisidir.
Bizi sosial şəbəkələrdən izləyin!!