"Instagram" platforması hekayələrə şərh funksiyası əlavə edib | Banco.az

"Instagram" platforması hekayələrə şərh funksiyası əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” istifadəçiləri yeni funksiya ilə hekayələrə şərh yaza biləcəklər.

Banco.az xəbər verir ki, “Instagram” platformanın ana səhifəsində əks olunan məzmun əvəzinə istifadəçilərin daha çox istifadə etdiyi müvəqqəti paylaşımlar olan “hekayələri” bölməsinə şərh yazmaq funksiyasını əlavə edib.

Məlum olduğu kimi, “Instagram” hekayələri müvəqqəti postlar idi və istifadəçilərin postlara cavabı şəxsi mesaj olaraq post sahibinə göndərilirdi. Yeni əlavə edilən şərh funksiyası ilə artıq hekayəyə verilən cavablar açıq şəkildə paylaşılacaq.

Ancaq qeyd edək ki, sözügedən cavablar da hekayələr kimi müvəqqətidir və 24 saatdan sonra yox olacaq.

Picture background

Ən sərfəli kredit üçün müraciət et

“Instagram” hekayələrə şərh yazmaq funksiyasını “Boys with the Bus” ilə əməkdaşlıq çərçivəsində elan edib. 

Xatırladaq ki, hazırda ölkəmizdəki istifadəçilər üçün də bu funksiya aktivdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et