Kredit kartlarının verilməsində yenilik olacaq? – AÇIQLAMA | Banco.az

Kredit kartlarının verilməsində yenilik olacaq? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar. 
Banco.az
xəbər verir ki, bu barədə Mərkəzi Bankın keçirdiyi sorğuda qeyd olunub.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub.
Bəs kredit kartları üzrə standartlarda sərtləşmələrə səbəb nə ilə bağlıdır?

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco.az-a iqtisadçı Əkrəm Həsənov açıqlama verib. O bildirib ki, banklar bu addımı atmaqla kreditlərin verilməsində daha konservativ, yəni mühafizəkar siyasəti yürütməyə başlayacaqlar:
“Bundan sonra banklar  qaydaları sərtləşdirməklə kredit kartlarını hər kəsə verməməyi planlaşdırırlar.Vətəndaşın 1000 manat maaşı ola bilər, amma onun ailəsi böyükdürsə, üç dörd adamdan ibarətdirsə, artıq bu halda ona kredit verilməsində banklar ehtiyyatlı davranmalı olacaqlar. Hesab edirəm ki, yeni qaydalara əsasən kart sahibinin ailə üzvünün sayı, himayəsində neçə ailə üzvünün olması və s. kimi nüanslara da fikir verilməlidir.Yəni qaydaların sərtləşdirilməsi səbəblərindən biri də bu məqamlar ola bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et