“Rublu sentyabrda çətin vəziyyət gözləyir “- Rusiyalı analitik | Banco.az

“Rublu sentyabrda çətin vəziyyət gözləyir “- Rusiyalı analitik

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya maliyyə analitiklərinin proqnozuna görə, payızın əvvəlində Rusiya pul vahidi eyni anda bir neçə mühüm faktorun təzyiqi altında olacaq.

Banco.az xəbər verir ki, iqtisadçıların bir çoxu hesab edir ki,  çətin geosiyasi vəziyyət sentyabrda rublun məzənnəsinə ciddi təsir göstərəcək.  

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamalara görə,  təlatümlü siyasi fon rublun tədricən devalvasiyasına təkan verəcək.
Əgər Rusiya Mərkəzi Bankının rəhbərliyi sentyabr iclasında əsas məzənnənin artırılması ilə bağlı qərar qəbul etməsə, bu, avtomatik olaraq rublu əlavə dəstəkdən məhrum edəcək. Məlumat üçün bildirək ki, rublun məzənnəsi karbohidrogenlərin, xüsusən də Rusiyanın əsas ixrac məhsulu olan neftin qiymətlərinin tədricən azalması ilə sarsıla bilər.
Vəziyyətdən çıxış yolu isə  rubl möhkəmlənməsi üçün güclü təkan  ola bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et