Müəllif:Ayşən İmanova/Banco.az
Avropa ittifaqının (Aİ) daha güclü Avropa müdafiə sütununa ehtiyacı var, eyni zamanda NATO Avropanın kollektiv müdafiəsinin mərkəzi olaraq qalmalıdır.
Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Praqada keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
"Üzv dövlətlər Ukraynada münaqişə başlayandan bəri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb”, - o bildirib.
AK rəhbərinin sözlərinə görə, Avropanın müdafiə sənayesi də yeni reallığa doğru addım atıb.
"Məqsədimiz qitə miqyasında müdafiə istehsalının təşkilindən ibarət olmalıdır", - Ursula fon der Lyayen qeyd edib.