“Apple” şirkəti “ağıllı” saat satışına görə lider olub | Banco.az

“Apple” şirkəti “ağıllı” saat satışına görə lider olub

Qlobal texnologiya bazarı 2024-cü ilin ikinci rübündə böyüməyə davam edir.

Banco.az xəbər verir ki, bu barədə  Canalys-in hesabatında qeyd edilib.

Analitiklərin fikrincə, yeni cihazların meydana çıxması səbəbindən bazar böyüməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, istehsalçılar 2024-cü ilin ikinci rübündə bazara 44,3 milyon geyilən cihaz tədarük ediblər. Hesabat dövründə bazar 0,2 faiz artıb.

"Ağıllı" saat bazarında 49 faiz payla lider "Apple" seçilib."Samsung" və "Garmin" müvafiq olaraq 15 faiz və 11 faiz payla ikinci və üçüncü yerləri bölüşüblər. "Xiaomi" isə fitnes izləyiciləri seqmentinə 40 faiz payla liderlik edir.

Ən sərfəli krediti almaq üçün müraciət et