Şri-Lanka 35 ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək | Banco.az

Şri-Lanka 35 ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Şri-Lanka hakimiyyəti 35 ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə ada dövlətin Turizm Nazirliyinin müşaviri Harin Fernando bildirib.

Onun sözlərimə görə, vizasız rejim 2024-cü il oktyabrın 1-dən başlayacaq və 6 ay müddətində qüvvədə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Artıq Belarus, Rusiya, Polşa, Almaniya, Avstriya, İsrail, Qazaxıstan, Çin, Yaponiya, ABŞ, Hindistan, Kanada və bir çox digər ölkələrin vətəndaşları ada dövlətinə vizasız daxil ola biləcəklər. Bu ölkələrin vətəndaşları Şri-Lankada vizasız 30 gün qala biləcəklər.

Bu addımın turizmi inkişaf etdirəcəyi və Şri-Lanka iqtisadiyyatını gücləndirəcəyi gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et