Azərbaycan Mərkəzi Bankı daha bir elektron pul təşkilatına lisenziya verib | Banco.az

Azərbaycan Mərkəzi Bankı daha bir elektron pul təşkilatına lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “GoldenPay” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə  Banco.az AMB-yə istinadən xəbər verir.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində AMB-nin İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “GoldenPay” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir", - məlumatda deyilir.

Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal" MMC və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations” və “Drakaris” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 12-ə çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et