“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb | Banco.az

“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Grand-Mart” MMC olub.

“SİMA İmza” müəssisədə daxili sənədlərin imzalanması portalına inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisəyə daxil olan şirkətlərdə bütün sənədləşmə işləri elektronlaşdırılıb. Bundan başqa, yeni işçilərin işə qəbulu zamanı əmək müqavilələrininin imzalanması, mövcud işçilərin isə əmək fəaliyyəti ilə bağlı digər işlərinin rəsmiləşdirilməsi proseslərində sənədlərin “SİMA İmza” ilə imzalanmasına başlanılıb.

Qeyd edək ki, “Grand-Mart” MMC-ə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

SİMA yeni nəsil rəqəmsal imza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Hər iki seqment üzrə maliyyə xərcləri azalır və vaxt itkisinin qarşısı alınır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et