Ölkə əhalisi ildə adambaşına 8 kiloqram balıq istehlak edir | Banco.az

Ölkə əhalisi ildə adambaşına 8 kiloqram balıq istehlak edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il Azərbaycan əhalisi adambaşına orta hesabla 8 kiloqram balıq və balıq məhsulları istehlak edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edilib.

Məlumata görə, hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub. Bunun da 62,722 min tonu istehsalın, 21,081 min tonu idxalın, 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Ötən il balıq ehtiyatlarının 1,448 min tonu qeyri-qida məhsullarının istehsalı üçün istifadə edilib, 651 ton balıq məhsulu ixrac edilib, 178 tonu isə itkiyə gedib. Nəticədə ilin sonuna 3,447 min ton balıq məhsulu ehtiyatı yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et