Azərbaycana ən çox turist bu ölkədən gəlib | Banco.az

Azərbaycana ən çox turist bu ölkədən gəlib

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1502,7 min nəfər turist gəlib.

Bu barədə Banco.az-a Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Bildirilib ki, gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan vətəndaşıdır.  Gələnlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

Hesabat dövründə 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olub.

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1223,0 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər etmişdir.   Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et