Türkiyədə illik xarici ticarət kəsiri 25 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Türkiyədə illik xarici ticarət kəsiri 25 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə illik xarici ticarət kəsiri iyulda 82,4 milyard dollara qədər azalaraq 2022-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin məlumatlarına görə, ölkənin ixracatı iyul ayında 2023-cü  ilin eyni ayına görə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollara geriləyib.

Eyni dövrdə idxal 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.

Qeyd edək ki, ötən il keçirilən ümumi seçkilərdən sonra vəzifəyə başlayan iqtisadiyyat rəhbərliyinin irəli sürdüyü sərt siyasət nəticəsində xüsusilə 2023-cü ilin iyul ayından sonra ölkə idxalında ciddi azalma müşahidə olunub. Eyni dövrdə ixracda isə artım reallaşıb. İxracın artması və idxalın azalması illik xarici ticarət kəsirinin azalmasına səbəb olub.

İllik xarici ticarət kəsiri 2023-cü ilin ilk ayında 113,5 milyard dollar olaraq qeyd edilərkən, may ayında 2023-cü ilin ən yüksək səviyyəsi olan 122,2 milyard dollara yüksəlib. İyun ayından sonra həyata keçirilən iqtisadi siyasətlərdən sonra xarici ticarət kəsirindəki azalma sürətlənib. İyul ayından sonra davamlı olaraq azalan illik xarici ticarət kəsiri ötən ili 106,3 milyard dollarla başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ildə azalma tendensiyasını davam etdirən və yanvar ayında 98,3 milyard dollara qədər azalan illik xarici ticarət kəsiri fevralda 93 milyard dollara, martda isə 91,9 milyard dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et