“Azərbaycanda su ehtiyatları son illərdə 15 % azalıb" | Banco.az

“Azərbaycanda su ehtiyatları son illərdə 15 % azalıb"

Qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda su ehtiyatları son illərdə təqribən 15 %-dən çox azalıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, təəssüf ki, növbəti illərdə də proqnozlar daha kəskindir və azalma davam edəcək: “Bu dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, heyvandarlığa mühüm təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsədi ilə konkret fəaliyyətlər həyata keçirilməlidir”.

report