Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələrinə 937 milyon 589 min dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 893 min ABŞ dolları (0,9%) azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 2 milyard 717 milyon 760 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2023-cü ilin 7 ayına nisbətdə 82 milyon 323 min dollar və ya 2,9% azdır. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 946,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 2,8 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram