“Uber” Hollandiyada 290 milyon avro cərimələnib | Banco.az

“Uber” Hollandiyada 290 milyon avro cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Taksi sifarişi və yemək çatdırılması xidmətləri göstərən Amerikanın “Uber” şirkəti avropalı sürücülər haqqında məlumatları ABŞ-a ötürdüyünə görə Hollandiyada 290 milyon avro cərimələnib.

Banco.az xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) şirkətin ABŞ-dakı serverlərdə avropalı sürücülər haqqında məlumatları saxlamaqla Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydasını pozduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlara bank rekvizitləri, fotoşəkillər və şəxsiyyət sənədləri, bəzi hallarda isə cinayət qeydləri və tibbi məlumatlar daxildir. Sürücülər Fransada baş vermiş pozuntularla bağlı şikayət ediblər və şirkətin Avropadakı baş ofisi orada yerləşdiyi üçün cərimə Hollandiyada verilib. Şirkət cəriməyə etiraz etməyi planlaşdırır.

Qeyd edək ki, “Uber” səhmləri bazar ertəsi bazar əvvəli ticarətdə 0,4% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 21% artaraq 156,1 milyard dollar təşkil edib.