Bu ölkələr ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq | Banco.az

Bu ölkələr ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiya və Əfqanıstan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin bildirib.

“Bizə 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsini 3 milyard dollara, 2030-cu ildə isə 10 milyard dollara çatdırmaq vəzifəsi qoyulub”, - deyə o qeyd edib.

Ticarətin əsasən aqrar-sənaye kooperasiyası hesabına genişləndirilməsi nəzərdə tutulur. Ticarət dövriyyəsinin əsas hissəsini kənd təsərrüfatı məhsulları ilə yanaşı, heyvandarlıq məhsulları və aqrokimyəvi məhsulların tutacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram