“OpenAI” “Conde Nast” ilə əməkdaşlıq elan edib | Banco.az

“OpenAI” “Conde Nast” ilə əməkdaşlıq elan edib

Müəllif:Ayşən İmanova/Banco.az

Süni intellekt texnologiyalarının yaradıcısı “OpenAI” iyirmiyə yaxın jurnal nəşr edən “Conde Nast” nəşriyyatı ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Banco.az xəbər verir ki, bu  barədə məlumat şirkətin saytında dərc olunub.

Sazişin bir hissəsi olaraq, “OpenAI” “ChatGPT” və “SearchGPT” daxil olmaqla, “Vogue”, “The New Yorker”, “GQ”, “Vanity Fair”, “Wired”, “Bon Appetit” və digərləri kimi məşhur nəşrlərin məzmununu təqdim edə biləcək.

Son illlər ərzində “OpenAI” bir sıra digər məzmun istehsalçıları, o cümlədən “Associated Press”, “Axel Springer”, “Financial Times”, “LeMonde”, “TIME” və başqaları ilə oxşar müqavilələr bağlayıb. 

Bununla belə, bütün naşirlər AI şirkəti ilə işləməyə hazır deyil. Belə ki, keçən ilin dekabrında “The New York Times” “OpenAI”ni süni intellekt modellərini öyrətmək üçün onun məzmunundan icazəsiz istifadə etməkdə ittiham edərək məhkəməyə verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram