Müəllif:Gülbəniz Hüseynli/Banco.az
ABŞ-nin maliyyə orqanları qarşıdan gələn prezident seçkiləri öncəsi dolları qəsdən devalvasiya vəziyyəti ilə üz-üzə qoya bilər.
Banco.az xəbər verir ki, vəziyyəti şərh edən maliyyə analitikləri düşünür ki, dolların məqsədyönlü şəkildə ucuzlaşması dövriyyədə olan pul kütləsinin eyni zamanda işgüzar fəallığın, istehlakın artmasına kömək edə bilər.
Bununla bağlı ekspertlər hesab edirlər ki, çox yaxın gələcəkdə Federal Ehtiyat Sisteminin rəhbərliyi ilə təmsil olunan ABŞ maliyyə elitası faiz dərəcələrini aşağı sala bilər.
Analitiklər hesab edir ki, ölkənin monetar orqanlarının kəskin davranışı öz mənfi nəticələrini verəcək. İqtisadçılar isə düşünür ki, ABŞ-də prezident seçkiləri kampaniyası başa çatdıqdan sonra inflyasiya nəzərəçarpacaq dərəcədə yüksələ bilər .
Əgər bu vəziyyətdən sonra vəziyyətdən çıxmaq üçün FED faiz artımlarına gedərsə, bu iqtisadiyyatın və istehlak tələbinin azalmasına səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!