Çində 31 milyard dollarlıq nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib | Banco.az

Çində 31 milyard dollarlıq nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin 5 müxtəlif bölgəsində dəyəri 31 milyard dollar olan 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib.

Banco.az xəbər verir ki, bu barədə Çin milli mətbuatında məlumat verilib.

Məlumata görə, ölkədə Nazirlər Kabineti funksiyasını yerinə yetirən Dövlət Şurası bir gün öncəki iclasında şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, cənubda Quangdong əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının tikintisinə qərar verib.

İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi gözlənilir.

Dövlətə məxsus Çin Ümumi Nüvə Enerjisi Korporasiyası (CNGP) 6, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) 2 reaktorunun tikintisini həyata keçirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisinə razılıq vermişdi. Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bu da Çini ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkəyə çevirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram