Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsulları və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi

İş barədə məlumat

  • Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi, sənədlərin yığılması və işlərin aparılması;
  • Komplayens məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
  • Ölkədaxili və ölkəxarici bank sorğularının və əlaqəli digər departamentlərdən daxil olmuş komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
  • Bankdaxili strukturların və onların fəaliyyətinin komplayens baxımından monitorinqinin aparılması;
  • Bankda mövcud proseslərin icrasının yoxlanılması və bankdaxili tələblərin pozulmadığını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
  • Komplayens ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
  • Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
  • Bank xarici hesabatların hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması və s.

Namizədə tələblər

  • Ali iqtisadi, ali hüquqi və ya və ya digər uyğun sahədə ali təhsil;
  • Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində biliklər;
  • Analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik;
  • Banklarda müvafiq sahədə iş təcrübəsi;
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • MS Office proqramlarında işləmək biliyi;
  • Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
  • SQL bilikləri;
  • Xarici dillər: İngilis dili (işlək), Rus dili (işlək)
  • Vətəndaş qüsursuzluğu;
  • Kollektivdə işləmək qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • Verilən tapşırıqları vaxtında və səhvsiz icra etmək;
  • Lazımi dərəcədə məsuliyyət;
  • Monitorinq və nəzarət etmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Komplayens şöbəsinin Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et