Xalq Bank
Ödəniş Kartları İdarəsinin Ekvayrinq şöbəsinin mütəxəssisi (innovativ həllərlə iş)
Vakansiya haqqında məlumat:
Təsvir
- Ekvayrinq şöbəsi daxilində yeni texnologiyaların tətbiqi ilə bağlı müvafiq proqram təminatlarının tətbiqi və işləməsi;
- Ekvayrinq üzrə mövcud sistem və proseslərin optimallaşdırılması;
- Vendor və ya ödəniş sistemləri ilə layihələrdə iştirak, texniki tələblərin təhlili, innovativ həllərin təhlili və tətbiq edilməsi;
- Məlumatların təhlil edilməsi üçün müvafiq hesabatların hazırlanması;
- Biznes ehtiyacların və texniki tələblərin təhlil edilməsi.
Tələblər
- İnformasiya texnologiyaları, iqtisadiyyat, maliyyə və ya oxşar ixtisaslar üzrə ali təhsil;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Ekvayrinq, ödəniş texnologiyaları və ya maliyyə xidmətləri sahəsində iş təcrübəsi;
- Proqramlaşdırma və proqram təminatının işlənməsi üzrə baza biliklər;
- Ödənişlər sahəsində innovativ həllər və tendensiyalar haqqında bilik;
- Ödəniş sistemlərinin API və inteqrasiyası ilə iş təcrübəsi;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət üçün daxil olun