Müəllif:Ayşən İmanova/Banco.az
Hollandiyanın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında “Telegram” messencerindən istifadə etməyi qadağan edib.
Banco.az xəbər verir ki, bu barədə Hollandiya paytaxtının şəhər şurasının üzvü Aleksandr Şoltes bildirib.
Dövlət qulluqçusunun sözlərinə görə, məmurlara “cinayətkar fəaliyyət, tətbiq və casusluq riski” səbəbindən “Telegram”dan istifadə qadağan edilib. O, qadağanın aprel ayında tətbiq edildiyini, lakin indiyədək ictimaiyyətə açıqlanmadığını qeyd edib.
Şoltes həmçinin əlavə edib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.
Qeyd edək ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara “Telegram”dan istifadəni qadağan edən yeganə bələdiyyədir.
Bizi sosial şəbəkələrdən izləyin!!