Azərbaycanda ən çox istifadə edilən smartfon markaları | Banco.az

Azərbaycanda ən çox istifadə edilən smartfon markaları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın smartfon bazarında 2024-cü ilin iyul ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı 32,62% təşkil edib. İyun ayında “Samsung”un bazar payı 37,5%, may ayında isə 28,72% olub.

Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.

Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı iyul ayında 27,38% olub. İyunda bu göstərici 29,79% təşkil edib. Ötən ay ABŞ-nin markası “Apple”ın bazar payı isə iyunla müqayisədə 12,82%-dən 14,38%-ə yüksəlib.

Digər markalardan “Honor”un payı 3,17%, “Huawei”nin payı isə 1,63% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram