İsveçrə Rusiya ilə əlaqəli daha 1,5 milyard dollarlıq aktivləri dondurub | Banco.az

İsveçrə Rusiya ilə əlaqəli daha 1,5 milyard dollarlıq aktivləri dondurub

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə hakimiyyəti tərəfindən sanksiyalar çərçivəsində dondurulan Rusiya ilə bağlı aktivlərin dəyəri aprel ayından bəri 1,3 milyard frank (1,5 milyard ABŞ dolları) artıb.

Banco.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.

“13 avqust 2024-cü il tarixinə İsveçrədə 7,1 milyard frank dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, o cümlədən idman və lüks avtomobillər, sənət əsərləri, fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus maliyyə aktivləri dondurulub”, - sənəddə bildirilib.

Qeyd olunub ki, bəzi hallarda aktivlər ehtiyat tədbiri kimi bloklanır və vəziyyət aydınlaşdırıldıqdan sonra məhdudiyyətlər aradan qaldırıla bilər.

SECO-nun məlumatına görə, aprel ayında İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri, 5,8 milyard frank (təqribən 6,7 milyard ABŞ dolları) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram