Kağız daşıyıcılardan elektron sistemə keçid şirkətlərin iş yükünü artıra bilər – AÇIQLAMA | Banco.az

Kağız daşıyıcılardan elektron sistemə keçid şirkətlərin iş yükünü artıra bilər – AÇIQLAMA

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi,  Azərbaycan Prezidenti “Əmək Məcəlləsinə” dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir. 

Bu barədə Banco.az-a açıqlama verən insan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə bildirib ki, ümumi elektronlaşma səviyyəsi nə qədər inkişaf etsə də, hələ də texnologiyanın verdiyi imkanlardan yararlanmayanlar var:

“Məsələnin həlli yolu şirkət tərəfindən həmin işçilər üçün əlavə vaxt sərf edilərək individual proqramların açılmasıdır. Bura Sima, Elektron İmza və digər proqramlar daxildir. Şəxs ətraflı məlumatlandıqdan sonra elektron imzalamanı şəxsən özü həyata keçirə bilər. Düzdür, bu iş yükünü müəyyən mənada artıra bilər. Xüsusəndə konsaltinq şirkətlərinin iş yükü kifayət qədər çoxala bilər. Amma məsələnin həlli yolu üçün başqa variant yoxdur. Kağız daşıyıcılardan elektron sistemə keçid, elektronlaşma bunu  tələb edirsə, biz də bu istiqamətdə işlərimizi görməliyik”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni dəyişikliklər əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram