"OPEC" neftə tələbat proqnozunu aşağı salıb | Banco.az

"OPEC" neftə tələbat proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üzrə qlobal neft tələbi ilə bağlı proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, "OPEC"in aylıq neft bazarı hesabatına görə, iyul ayında xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanında artıb. Gündəlik hasilatın ən çox azaldığı ölkə isə Liviya olub.

Qrupun ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında hasilat gündəlik 97 min barel artıb. Eyni dövrdə Liviyada gündəlik hasilat 19 min barel azalıb.

"OPEC"in xam neft hasilatı iyulda əvvəlki ayla müqayisədə gündəlik 185 min barel artaraq 26 milyon 746 min barelə çatıb. Bu dövrdə "OPEC" və "OPEC"ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət "OPEC+" qrupunun gündəlik ümumi xam neft hasilatı əvvəlki ayla müqayisədə 117 min barel artaraq 40 milyon 907 min barel olaraq qeyd edilib.

Təşkilat bu il üzrə qlobal neft tələbi proqnozunu əvvəlki proqnozu ilə müqayisədə gündəlik 135 min barel azaldıb. Belə ki, qlobal neft tələbinin bu il ötən ilə nəzərən gündəlik 2 milyon 110 min barel artaraq 104 milyon 320 min barelə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu reviziyaya ilin birinci rübü və qismən də ikinci rübündə əldə edilmiş cari məlumatlar, eləcə də Çinin neft tələbinin zəifləməsi təsir edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram