Bahalı məhsullar həmişə keyfiyyətli olurmu? – "Chivas Regal" effekti | Banco.az

Bahalı məhsullar həmişə keyfiyyətli olurmu? – "Chivas Regal" effekti

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bir məhsulun qiyməti nə qədər yüksək olarsa, keyfiyyətinin də bir o qədər yüksək olduğunu düşünənlər çoxdur. Lakin bildiyiniz kimi, məhsulun qiyməti onun keyfiyyətini şərtləndirən əsas amil deyil. Başqa sözlə, bahalının daha keyfiyyətli olduğunu qəbul etmək bəzən səhv seçimlər etmənizə səbəb ola bilər. Bəs niyə biz bahalının daha keyfiyyətli olduğunu düşünürük? “Chivas Regal” effekti adlanan bu halın necə yarandığına birlikdə nəzər salaq: 

“Chivas Regal” effekti nədir?

“Chivas Regal” effekti “məhsul və ya xidmət bahadırsa, keyfiyyətdir” anlayışına səbəb olan fenomenə verilən addır. Bu həm də bir məhsulun qiymətinin və satışının onun keyfiyyətində heç bir dəyişiklik olmadan artdıqda işlənən ifadədir. “Chivas Regal” effektinin mənşəyi uzun illər əvvələ gedib çıxır.

“Chivas Regal” hazırda dünyada ən məşhur viski markaları arasındadır. 1800-cü illərdə şotland Çivas qardaşlarının qurduğu şirkətin ən məşhur məhsulu olan viski bu gün bazarın liderlərindən biridir. Lakin şirkət buraxılışının ilk illərində gözlədiyi uğuru əldə edə bilmirdi. Buna görə də, qardaşlar kifayət qədər maraqlı bir satış strategiyası həyata keçirməyə qərar verdilər.

Belə ki, Çivas qardaşları heç bir dəyişiklik etmədən məhsullarının qiymətini iki qat artıraraq inanılmaz satış rəqəmlərinə çatmağı bacarıblar.

Bəs bu necə oldu? Çünki onlar nə məhsulun keyfiyyəti yüksəltmiş, nə də onun tərkibi dəyişmişdilər. Dəyişən yeganə şey qiymət idi ki, bu da xeyli artımışdı. Belə olan halda satış rəqəmləri daha da azalmalı idi. Amma hər şey əksinə oldu. “Chivas Regal” sadəcə rəqiblərindən baha olduğu üçün bir addım önə keçməyi və ən məşhur viskilərdən birinə çevrilməyi bacardı. Bu hadisənin necə baş verməsinin iki fərqli izahı var.

Ən sərfəli kredit üçün müraciət et

Bəzilərinin fikrincə, “Chivas Regal” həqiqətən keyfiyyətinə görə məşhurlaşdı.

Bu fikrə görə, müştərilər əvvəlcə bazara daxil olan bu yeni məhsulun keyfiyyətini hiss edə bilməyiblər. Lakin məhsulun dəyəri sonradan dərk edilib. Beləliklə, məhsula tələbat artıb.

İkinci rəydə deyilir ki, məhsulun qiymətinin artması onun daha keyfiyyətli olması deməkdir. Yəni, məhsulun  keyfiyyəti artırıldığı üçün belə nəticə əldə edilib. 

Beləliklə, “Chivas Regal” effekti öz möcüzəsini göstərdi. Bu effekt bu gün iqtisadiyyatda müştərilərin istehlak vərdişlərini, şirkətlərin istehsal və qiymət siyasətlərini ciddi şəkildə formalaşdıran mühüm bir anlayış olaraq mövcud olmağa davam edir.

“Chivas Regal” effektindən xilas olmaq mümkündürmü?

Bu təsirdən xilas olmaq mümkündür. Bunun üçün ediləcək ən vacib şey bazar araşdırmasıdır. Bununla siz hansı məhsulun həqiqətən yüksək keyfiyyətli olduğunu öyrənə və bazardakı digər məhsulların qiymətləri ilə müqayisə edərək uyğun məhsulu ala bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram