Rəhbərlər iş stresini necə idarə etməlidir? | Banco.az

Rəhbərlər iş stresini necə idarə etməlidir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Yaxşı idarəetmə bir çox, hətta əksər mövzularda qızıl ortanı tapmaq bacarığıdır. Amma bu qaydada da istisnalar var. Bəzən situasiyadan asılı olmadan rəhbərin davranışı dəyişməli deyil”.

Banco.az xəbər verir ki, bu fikirləri idarəetmə üzrə konsultant və təlimçi Şahin Qədimli deyib. Təlimçi vurğulayıb ki, idarəetmə bəzən manipulyasiyalar tələb edir:
“Manipulyasiya dedikdə, əməkdaşlar arasında qarşıdurma, xəbərçilik və sairə mənfi əməllər nəzərdə tutulmur. Amma razılaşaq ki, hər kəs üçün bir açar tapıb kiməsə lazımi məqamda xoş söz demək, başqasını bir az hədələmək və bununla onların maksimal dərəcədə məhsuldar olmalarına nail olmaq da müəyyən mənada pozitiv manipulyasiya sayılır. Bu, həm də idarəedicinin bacarığıdır. Rəhbər plan qurub əməkdaşlar vasitəsilə rutin işi aparmağı da, lazım gələndə alovlu sözləri ilə əməkdaşları “qəhrəmanlıq”lara sövq etməyi də bacarmalıdır. 
Misal üçün, rəhbər əməkdaşlar üçün hər zaman əminlik, sakitlik mənbəyi olmalıdır. Aydın məsələdir ki, idarəedici vəzifədə çalışan şəxslər də tərəddüd edir, narahat olur və həyəcan yaşayırlar. Lakin bunların heç biri ətrafa, xüsusən tabe olan əməkdaşlara translyasiya olmalı deyil”. 

Ən sərfəli kredit üçün müraciət et

Şahin Qədimli düşünür ki, yaxşı rəhbər əməkdaşlar üçün komfortlu iş şəraiti yaratmalı, o cümlədən onları lazım olmayan kənar, o cümlədən özündən irəli gələn stresdən qorumalıdır:

“Bəzən rəhbərlər təbiətcə narahat insanlar olur və özlərindən asılı olmadan həyəcanlarını ətraflarına ötürülər, hətta bunu heç bir lüzum olmayan vəziyyətlərdə də edirlər. İş ondadır ki, hazırda demək olar, hər kəsin iş həcmi çatdıra biləcəyindən artıqdır, hər şey dinamik dəyişir, emal olunan məlumat saysızdır və sadalananlar öz-özlüyündə stres üçün kifayət edir. Bunların üstünə rəhbərin yersiz gətirdiyi həyəcan, ehtiyac olmadan tələsdirmə gəldikdə iş şəraiti dözülməzə çevrilir və əksəriyyət üçün belə işdən ilk imkanda ayrılmağa səbəb olur.Ümumiyyətlə, stres məqsədyönlü idarəetmə aləti kimi istifadə edilə bilər, amma rəhbərlər stresdən irəli gələn vəziyyətlərə qarşı özlərini qorumalıdırlar”.

Ən sərfəli krediti almaq üçün müraciət et