Olimpia tarixində ən çox medal qazanan idmançılar | Banco.az

Olimpia tarixində ən çox medal qazanan idmançılar

Fransanın paytaxtı Parisdə keçirilən Olimpia Oyunlarının bitməsinə çox az vaxt qalıb. Azərbaycan XXXIII Yay Olimiya Oyunlarında 2 qızıl medal qazanıb. Ölkəmizə qızıl medalı cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev qazandırıblar.

Banco.az hər kəsin maraqla izlədiyi oyunlarda indiyədək ən çox medal qazanmış idmançıların siyahısını hazırlayıb.

Amerikalı üzgüçü Maykl Felps siyahının lideridir. Olimpia səviyyəsində yarışmasından səkkiz il keçməsinə baxmayaraq M. Felps karyerası ərzində 23-ü qızıl olmaqla 28 medal qazanaraq istənilən idman növündə bütün zamanların ən çox medal qazanan olimpiaçısıdır.

İkinci yerdə isə 18 medal qazanan sovet gimnastı Larisa Latınina qərarlaşıb.

İndiyədək ən çox medal qazanan idmançılar bunlardır:

  • Maykl Felps (üzgüçü) - 28
  • Larisa Latınina (gimnast) - 18
  • Marit Byorgen (xizəksürmə) - 15
  • Nikolay Andrianov (gimnast) - 15
  • Keti Ledeki (üzgüçü) - 14
  • İzabell Vert (atçılıq) - 14
  • Ole Einar Byorndalen (biatlon) – 13
  • Boris Şahlin (gimnast) - 13
  • Eduardo Mangiarotti (qılıncoynatma) - 13
  • İrin Vüst (sürətli konkisürmə) - 13
  • Emma Makkien (üzgüçülük) - 13
  • Takaşi Ono (gimnast) - 13

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et