Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük əyləncə və media şirkəti olan "Walt Disney" üçüncü maliyyə rübündə gəlirini və mənfəətini artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata görə, şirkətin iyunun 29-da başa çatan rüb üçün xalis gəliri 2,6 milyard dollar və ya hər bir səhm üçün 1,43 dollar olub.
“Disney”in rüblük gəliri 4% artaraq 23,16 milyard dollara çatıb.
Şirkətin media və əyləncə aktivlərini birləşdirən “Disney”in ən böyük bölməsi son rübdə gəlirini 4% artıraraq 10,58 milyard dollara çatdırıb.
Cari maliyyə ilində şirkət səhm üzrə düzəliş edilmiş mənfəəti 30% artırmağı planlaşdırır.
Qeyd edək ki, “Disney” səhmləri çərşənbə günü bazar əvvəli ticarətdə 0,5% bahalaşıb. Bu ilin əvvəlindən onların qiyməti demək olar ki, dəyişməz qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!