Qarabağda daş karxanaları yaradıla bilər – AÇIQLAMA | Banco.az

Qarabağda daş karxanaları yaradıla bilər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Tikinti materiallarının qiymətinin ucuzlaşması üçün Qarabağda tikinti materialları istehsal edən karxanalar yaratmaq olar. Hesab edirəm ki, bu karxanaların artırılması üçün xüsusi imkanlarımız da var”.

Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Rauf Qarayev deyib. O bildirib ki, müəyyən vergi güzəştləri tətbiq etməklə bu sahənin inkişafına dəstək vermək mümkündür:
“Tikinti materiallarının qiymətinə təsir edən digər bir amil daşınma xərci və yanacağın qiymətinin artmasıdır.  Bundan əlavə yeni texnologiyaların tətbiqi nəticəsində insan əməyinə də ehtiyac azalacaq. 
Müşahidələr əsasında qeyd edə bilərəm ki, qiymət artımı Azərbaycanın özündə istehsal edilən tikinti materiallarındadır. Xüsusilə mişar daşının, kərpicin qiymətində artım müşahidə olunur. Ona görə bu məsələ xüsusi araşdırılmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et