ABŞ bu ilə dair neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb | Banco.az

ABŞ bu ilə dair neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ bu ilə dair neftin qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu azalan istiqamətdə yenidən nəzərdən keçirib.

EIA-nın "Avqust 2024 Qısamüddətli Enerji Perspektivləri Hesabatı"na görə, qlobal neft ehtiyatlarının azalması səbəbindən bu ilin ikinci yarısında neft qiymətlərinin bahalaşacağı proqnozlaşdırılır.

Qlobal neft ehtiyatlarının ilin birinci yarısında gündə təxminən 400 min barel, ikinci yarısında isə təxminən 800 min barel azalacağı ehtimal edilir. 

Hesabata görə, ehtiyatların azalması qismən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi hasilat ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması qərarı ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, bu il Brent markalı neftin orta barel qiymətinin 84,44 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 86,37 dollar olaraq qiymətləndirilmişdi.

ABŞ xam neftinin orta barel qiymətinin isə 80,21 dollar olacağı proqnozlaşdırılıb. Sözügedən rəqəm ötən ay 82,03 dollar qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram