Bu ölkələr arasında vizasız rejim tətbiq ediləcək | Banco.az

Bu ölkələr arasında vizasız rejim tətbiq ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Tacikistan və İran avqustun 10-dan ümumi xarici pasport sahibləri üçün vizasız rejim tətbiq edəcək.

Banco.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2024-cü il avqustun 10-dan Tacikistan Respublikası və İran İslam Respublikası hökumətləri arasında ümumi xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumu qüvvəyə minəcək”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hər iki ölkənin ümumi xarici pasporta sahib vətəndaşları ilk giriş tarixindən başlayaraq 90 gün ərzində tərəflərin ərazisinə 30 gün müddətinə vizasız səfər etmək hüququna malik olacaqlar. İlk mərhələdə vizasız sistemin tətbiqi yalnız Düşənbə - Tehran və Tehran - Düşənbə marşrutu üzrə hava nəqliyyatından istifadə edənlər üçün həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et