Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal bazarlarda satış dalğası davam edir.
Banco.az xəbər verir ki, cümə günü kəskin ucuzlaşan ABŞ fyuçers indekslərində dəyər itkiləri yeni həftədə də davam edir.
Nasdaq 100 fyuçers indeksi 6,5 faiz, S&P 500 fyuçersləri 2,5 faiz, Dow Jones fyuçersləri isə 1,6 faiz ucuzlaşıb.
Qeyd edək ki, nəhəng texnologiya şirkətlərinin səhmləri satışlara rəhbərlik edib. Çip istehsalçısı "Nvidia"nın səhmləri 8,8 faiz, "Apple" səhmləri isə 6,6 faiz ucuzlaşıb.
Məlum olduğu kimi, milyarder investor Uorren Baffetin ikinci rübdə "Berkshire Hathaway"in "Apple" səhmlərinin demək olar ki, yarısını satması texnologiya səhmlərindəki satışları sürətləndirib.
Xatırladaq ki, "Goldman Sachs" gələn il ABŞ iqtisadiyyatında tənəzzül proqnozunu 15 faizdən 25 faizə yüksəldib.
Bizi sosial şəbəkələrdən izləyin!!