Müəllif: Tamara Mustafayeva, Banco.az
Hazırkı prezident Co Baydenin öz yerinə tövsiyə etdiyi Kamala Harris topladığı ianələrlə rəqibi Donald Trampı geridə qoyub.
Banco.az xəbər verir ki, noyabr ayında keçiriləcək seçkilərdə ABŞ-ın 60-cı prezidenti olmaq üçün yarışan Kamala Harrislə keçmiş prezident Donald Tramp arasında keçirilən yarışda Harrisin səs fərqini aradan qaldırdığı, topladığı ianələrin isə Trampı üstələdiyi görülüb.
Mövzu ilə bağlı Trampın seçki kampaniyasının rəsmi saytında açıqlama verilib. Açıqlamada Trampın seçki kampaniyası üçün iyul ayında toplanan ianələrin məbləğinin 138,7 milyon dollar olduğu, ümumi rəqəmin isə 327 milyon dollara çatdığı qeyd edilib.
ABŞ prezidenti Baydenin namizədliyini geri götürdükdən sonra yerinə namizəd kimi tövsiyə etdiyi vitse-prezident Harris isə seçki kampaniyasının ilk həftəsində 200 milyon dollar ianə toplayıb. Bununla yanaşı, Harris Bayde tərəfindən namizədliyinin irəli sürülməsindən sonra 24 saat ərzində 81 milyon dollar ianə toplamaqla rekord qırıb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!