Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” 2024-cü maliyyə ilinin üçüncü rübü üzrə hesabatını dərc edib.
Banco.az xəbər verir ki, şirkətin xalis gəliri 11% artaraq 21,45 milyard dollara və ya hər səhm üçün 1,4 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 19,88 milyard dollar və ya hər səhmə görə 1,26 dollar olub. Şirkətin gəliri də 5% artaraq 85,78 milyard dollara çatıb ki, bu da ötən ilki 81,8 milyard dollardan yüksəkdir.
“Mac” kompüterlərinin satışından əldə olunan gəlir 6,84 milyard dollardan (6,97 milyard dollar gözləntilərə qarşı) 7,01 milyard dollara, “iPad” planşetləri isə 5,79 milyard dollardan (6,62 milyard dollar gözlənti ilə) 7,16 milyard dollara yüksəlib.
Eyni zamanda, “App Store”, “Apple Music”, “Apple Pay” və “iCloud” daxil olmaqla xidmətlərdən əldə edilən gəlir 14% artaraq 24,21 milyard dollara çatıb və 24,02 milyard dollarlıq təxminləri üstələyib.
Qeyd edək ki, “Apple” səhmlərinin qiyməti cümə axşamı günü ticarətdə 0,6% artıb. İlin əvvəlindən şirkətin kapitallaşması 13,4% artaraq 3,35 trilyon dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!