Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-iyun aylarında 27 milyon 390 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyon 10 min manat və ya 22,4% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 964 min manat və ya 10,8% artaraq 9 milyon 890 min manata çatıb. Ötən ilin birinci yarısında bu növ üzrə yığımların məbləği 22 milyon 380 min manat, ödənişlərin məbləği isə 8 milyon 926 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!