ABŞ Gürcüstana 95 milyon dollarlıq yardım proqramını dayandırdı | Banco.az

ABŞ Gürcüstana 95 milyon dollarlıq yardım proqramını dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

Banco.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

Bildirilir ki, müvafiq qərar ABŞ-nin mayın 23-də Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulundan sonra başladığı ikitərəfli əməkdaşlığa baxış çərçivəsində qəbul edilib.

“Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və düzgün olmayan bəyanatları Aİ və NATO-ya üzvlük normaları ilə bir araya sığmır”, - deyə Blinken qeyd edib.