Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb | Banco.az

Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankı Azərbaycanda 2024-cü ildə iqtisadi artımın 3,5-4%, qeyri-neft sektoru üzrə isə 5,5-6% olacağını proqnozlaşdırır.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

"2025-ci ildə ölkədə iqtisadi artımın 2-2,5%, qeyri-neft sektorunda isə 4-5% civarında olacağı gözlənilir", – Taleh Kazımov qeyd edib. 

Sədr həmçinin bildirib ki, iyul ayının proqnozları aprel ayının proqnozu ilə müqayisədə dəyişməyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et