DVX: ƏDV-nin geri qaytarılmasını vəd edən saxta internet resursları yaradılıb | Banco.az

DVX: ƏDV-nin geri qaytarılmasını vəd edən saxta internet resursları yaradılıb

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır. Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.

DVX-dən  verilən məlumata görə, əhalinin “ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.

    Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.

    Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik:

    Ən sərfəli kredit üçün müraciət et

    Rəsmi internet saytı - www.taxes.gov.az

    İnternet Vergi İdarəsi - www.new.e-taxes.gov.az

    “ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az

    Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsini xahiş edirik.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et