Yunanıstanın bu adası turist sıxlığından əziyyət çəkir | Banco.az

Yunanıstanın bu adası turist sıxlığından əziyyət çəkir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yunanıstanın cənub-şərqində yerləşən və ən məşhur turistik yerlərdən biri kimi tanınan Santorini adası turist sıxlığından əziyyət çəkir.

Banco.az xəbər verir ki, Yunanıstanın cənub-şərqində yerləşən Santorini adası ölkənin ən turistik yerlərindən biridir.

Hər il 3,4 milyondan çox turist Santorinini ziyarət edir. Turistlərin rəğbət göstərməsi adanın iqtisadiyyatı üçün yaxşı olsa da, bəzi ada sakinləri turist sıxlığının yaratdığı problemlərdən şikayətlənirlər.

Qeyd edək ki, Santorininin əhalisi təxminən 20 min nəfərdən ibarətdir. Məhdud sayda yaşayış yerinin olduğu adada ev kirayələyən turistlər Santorinidə kirayə qiymətlərini artırıb.

Ada sakinlərinin şikayətləri arasında təkcə artan kirayə haqları deyil, ətraf mühitdə yığılan zibil və səs-küy çirkliliyi də daxildir. Hətta adanın küçələrində turistlər üçün “Sizin tətilini, amma bizim evimiz” sözləri yazılmış xəbərdarlıq lövhəsi də var.

Ən sərfəli kredit üçün müraciət et

Yerli idarəçilər mərkəzi hökumətdən adaya gündəlik ziyarətçi kvotası tətbiq etməyi tələb edirlər.

Məlumat üçün bildirək ki, Santorinidəki turizm bumu bütün Yunanıstanda da təsirlidir. Belə ki, cari ilin ilk 5 ayında turizm gəlirləri 16 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et