"iPhone" smartfonlarına süni intellekt funksiyaları əlavə olunur | Banco.az

"iPhone" smartfonlarına süni intellekt funksiyaları əlavə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi "Apple"ın süni intellekt funksiyaları iOS 18.1 Beta yeniləməsi ilə tərtibatçıların istifadəsinə verilib.

Banco.az xəbər verir ki, "Apple" avtomatik olaraq e-poçt və fotoşəkilləri yaradacaq və bildirişləri çeşidləyəcək süni intellekt xüsusiyyətlərini özündə birləşdirən "Apple Intelligence"in ilk versiyasını iOS 18.1 Beta yeniləməsi ilə yayımlayıb.

Ancaq "Apple"ın süni intellekt xüsusiyyətləri hazırda yalnız qeydiyyatdan keçmiş "Apple" tərtibatçıları üçün əlçatandır. Sözügedən yeni xüsusiyyətlər iPhone, iPad və Mac-da ilkin tərtibatçı baxışlarında sınaqdan keçirilməyə hazırdır.

Bu yeniləmələri quraşdırmaq üçün sizə iPhone 15 Pro və ya Pro Max və ya iPad və Mac üçün "Apple Silicon" çipi olan sistem lazımdır. Quraşdırıldıqdan sonra istifadəçilər cihazın Parametrlər menyusundan gözləmə siyahısına qoşulmalı və cihazın giriş üçün hazır olması barədə bildiriş gözləməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Apple" iPhone, iPad və Mac-a gələn süni intellekt xüsusiyyətlərini ilk dəfə iyun ayında keçirilən Dünya Tərtibatçılar Konfransı zamanı elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et