Trampın bitkoinlə bağlı açıqlaması kriptovalyuta bazarına necə təsir edəcək? – Elnur Quliyevdən açıqlama | Banco.az

Trampın bitkoinlə bağlı açıqlaması kriptovalyuta bazarına necə təsir edəcək? – Elnur Quliyevdən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Mən kriptovalyuta ilə ianə qəbul edən ilk ABŞ prezidentliyinə namizədəm. Bitcoin dünyanın super gücüdür. Bitkoin ilə bağlı tədbir görməsək, bunu Çin edəcək. Prezidentliyimin ilk günündə şəffaf tənzimləmə qaydaları yaratmaq üçün “Bitkoin şurası” yaradacağam”.

Banco.az xəbər verir ki, bu açıqlamanı hazırda ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 27-si Tennessi ştatının Nashville şəhərində təşkil edilən “Bitcoin 2024” konfransında çıxışı zamanı deyib.

Tramp vurğulayıb ki, bitkoin dolları təhdid etmir və bir gün o, qızılı qabaqlayacaq:

“Heç vaxt bitkoin satmayın, ABŞ hökumətinin bitkoin satmasını dayandıracağam”.

Trampın bu dediklərini şərh edən kriptovalyuta üzrə ekspert Elnur Quliyev Banco.az-a bildirib ki, bu açıqlama xüsusi əlamətdar hadisədir:

Ən sərfəli kredit üçün müraciət et

“İki aydır ki, bu açıqlama gözlənilirdi.  Çünki təşkilatçılar qabaqcadan prezidentliyə namizədin bəzi mesajlar verəcəyini elan etmişdilər.  Bunun həm siyasi, həm də iqtisadi tərəfdən izahı var.  Siyasi tərəfi odur ki, Tramp çalışır ki, kriptovalyuta sahibləri,  kripto sektorla əlaqəli vətəndaşlardan seçkiqabağı kampaniyada səs toplasın. 
İqtisadi tərəfi barədə danışsaq, bildirməliyəm ki, Tramp  söz verib ki,  Amerika hakimiyyətinin, ümumiyyətlə maliyyə nəzarəti orqanlarının rəhbərlərini dəyişəcək. Məqsəd  kriptovalyutaların tənzimləmə mexanizmlərinin daha rahat işlək olmasına şərait yaratmaqdır.Trampın bu addımı atmasında daha bir səbəb qeyd etdiyi kimi Çinlə bağlıdır. 
Amerika bu sektorda Çini qabaqlamaq istəyir. Ona görə də bunun üçün də müsbət mənada kriptovalyutaların tənzimlənməsi üçün  qanunvericilikdə mexanizm lazımdır”. 
Kriptovalyutaların içərisində bitkoinin birinci, maliyyə aktivləri içərisində doqquzuncu ən yaxşı nəticə göstərən aktiv olduğunu qeyd edən ekspert hesab edir, bu, doqquz əsr yaşı olan qızılı da keçə bilər:

“Səbəb odur ki, bitkoinin sayı məhduddur.  Biz 2021-ci ildə müşahidə etdik ki, bu kriptovalyutanın qiyməti bir kilo qızılın qiymətini belə keçmişdi. Trampın kriptovalyutanın qiymətinin qızılın qiymətindən baha olacağı açıqlaması da bu istiqamətdədir”.

Ən sərfəli krediti almaq üçün müraciət et