Bu ölkə dünyanın 10 ən böyük istehsalçısı reytinqindən çıxıb | Banco.az

Bu ölkə dünyanın 10 ən böyük istehsalçısı reytinqindən çıxıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda ilk dəfə olaraq dünyanın ən böyük istehsalçıları reytinqindən çıxıb.

Banco.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazır.

Nəşrin məlumatına görə, Böyük Britaniya 2022-ci ilin nəticələrini əks etdirən son reytinqdə 12-ci yerə enib. Bir il əvvəl ölkə səkkizinci yerdə olub. Rusiya və Meksika Böyük Britaniyanı keçərək müvafiq olaraq səkkizinci və yeddinci yerlərə yüksəliblər.

Bildirilib ki, bu, Rusiyada müdafiə istehsalının artması və Çinin Meksikaya investisiyaları ilə bağlıdır. İstehsalda lider mövqeləri Çin və ABŞ tutub.

“Make UK”in məlumatına görə, istehsal sektoru keçən il İngiltərə iqtisadiyyatını 217 milyard funt sterlinq (278 milyard dollar) dəyərində mallarla təmin edib. Ölkənin əsas ixrac istiqamətləri ABŞ, Almaniya və Hollandiyadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et