“Ferrari” Avropada kriptovalyuta ödəniş sistemini işə salır | Banco.az

“Ferrari” Avropada kriptovalyuta ödəniş sistemini işə salır

Müəllif:Ayşən İmanova/Banco.az

İtalyan lüks avtomobil istehsalçısı “Ferrari” ABŞ-dan sonra Avropadakı diler müştəriləri üçün kriptovalyuta ödəmə imkanlarını genişləndirir.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Şirkət nümayəndələrinin sözlərinə görə, kriptovalyuta ilə ödəniş edərkən komissiya və ya əlavə ödəniş alınmır və avtomobillərin qiymətləri dəyişmir.

İtalyan avtomobil istehsalçısı 2024-cü ilin sonuna qədər kriptovalyutaların qanuni ödəniş vasitəsi olduğu ölkələrdə proqramı beynəlxalq şəbəkəsindəki digər dilerlərə də genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, ötən ilin mart ayında “Ferrari” ABŞ-dakı müştərilərin tələbi ilə öz idman avtomobilləri üçün Bitcoin, Ethereum və USDC ilə ödənişləri qəbul etməyə başladı. O zaman “Ferrari” qeyd etmişdi ki, kriptovalyutaların qəbulu ilə bağlı qərar müştərilərin və dilerlərin sorğularına cavab olaraq qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et