Müəllif:Ayşən İmanova/Banco.az
"SpaceX" kompaniyasının "Falcon 9" daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 "Starlink" peykini orbitə çıxarıb.
Banco.az xəbər verir ki, daşıyıcı raket şənbə günü ABŞ-nin Şərq sahilləri vaxtı ilə saat 01:45-də Florida ştatının Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb.
Buraxılış çərçivəsində 17-ci dəfə istifadə edilən daşıyıcının təkrar istifadə oluna bilən birinci mərhələsi Atlantik okeanında yerləşən “Just Read the Instructions” dəniz dron platformasına şaquli eniş edib.
Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 6,7 mindən çox belə peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!