“LG” və “GM” Miçiqanda akkumulyator zavodunun tikintisini dayandırıb | Banco.az

“LG” və “GM” Miçiqanda akkumulyator zavodunun tikintisini dayandırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “General Motors” avtomobil konserni ilə Cənubi Koreyanın “LG Energy Solution” şirkətlərinin birgə müəssisəsi olan “Ultium Cells” Miçiqan ştatında elektromobillər üçün akkumulyatorlar istehsalı zavodunun tikintisini dayandırıb.

Banco.az xəbər verir ki, bu qərara elektromobillərə tələbatın azalması səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

"Vəziyyəti qiymətləndirmək üçün geri addım atdıq. Şirkət bazar şəraiti və gələcək tələbi daha aydın başa düşdükdən sonra zavodun tikintisini davam etdirməyi planlaşdırır", - şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, 2,7 milyard dollar dəyərində olan Miçiqan zavodunun tikintisinə 2022-ci ildə başlanılıb və bu ilin sonunda başa çatdırılması planlaşdırılırdı. Onun ildə elektromobillər üçün təxminən 600 min akkumulyator istehsal edə biləcəyi gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et