“Hyundai” ikinci rübdə xalis mənfəətini 25% artırıb | Banco.az

“Hyundai” ikinci rübdə xalis mənfəətini 25% artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” Şimali Amerikada avtomobillərinin güclü satış artımı sayəsində ikinci rübdə xalis gəliri 25% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata  görə, son rübdə şirkətin xalis mənfəəti keçən ilin eyni dövründəki 3,35 trilyon vonla müqayisədə 4,17 trilyon von (3,02 milyard dollar) təşkil edib. “FactSet” tərəfindən sorğu edilən ekspertlər bu rəqəmin orta hesabla 3,488 trilyon von olacağını proqnozlaşdırıblar.

“Hyundai”nin əməliyyat mənfəəti 1%-dən az artaraq 4,279 trilyon von olub, bu da rekord göstəricidir.

Avtomobil istehsalçısının rüblük gəliri 6,6% artaraq 45,02 trilyon von təşkil edib.

Son rübdə “Hyundai” 1,06 milyon avtomobil satıb ki, bu da bir il əvvəlkindən 0,2% azdır. Şimali Amerikada satışlar 15,2%, Cənubi Amerikada 15,8%, Hindistanda isə 0,7% artıb. Bu arada “Hyundai” avtomobillərinin Avropada satışı 5,1%, Çində 41,4%, Cənubi Koreyada 9,6% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cümə axşamı ticarətin bağlanışında şirkətin səhmləri 2,7% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 23,6% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram